"Qarabağ" ölkənin ən tanınmış klubudur" -Qurban Qurbanov
"Ayaks" klubunun vəziyyətində olmaq istərdik. Orada rəhbərlik idmanla siyasətin ayrı olduğunu deyə bilər. Bizdə isə bu, mümkün deyil".
Sportfm.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "volkskrant.nl" nəşrinə açıqlamasında klubun tarixi barədə danışarkən deyib.
49 yaşlı mütəxəssis komandanın sabiq kapitanı və baş məşqçisi Allahverdi Bağırovun Birinci Qarabağ müharibəsindəki şücaətindən söz açıb: "O, klubun simvolu və düşmənə qarşı mübarizənin liderlərindən idi. Həmçinin yarımmüdafiəçimiz Qara Qarayev uşaq yaşlarında müharibə zorakılığından qaçmaq məcburiyyətində qalıb".
Qurbanov "Qarabağ"ın hazırda Azərbaycanın ənpopulyar komanası olduğunu söyləyib: "Müharibədən sonra "Qarabağ" azarkeşlərinin əksəriyyəti məcburi köçkün kimi ölkənin müxtəlif bölgələrində yaşayırlar. Bu səbəbdən də Bakıda matçlarımızda tribunalarda üç mindən çox azarkeşimiz olmur. Buna baxmayaraq, "Qarabağ" ölkənin ən tanınmış klubudur". (report)
Oxşar xəbərlər
Qara Qarayev virusa yoluxdu - Hərarəti yüksəldi
"Neftçi"də yerli futbolçular zəif deyillər" - Mahmud Qurbanov
"Ermənilər dərhal Qarabağdan çıxmalıdırlar" - Olimpiya çempionu
Qurban Qurbanov: "Arazın hazırlığı yox idi"
"Qarabağ"dan Qurban Qurbanov açıqlaması
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası