Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Qəbələ”nin “Neftçi” planıı baş tutmadı -Görüş keçirilməyəcək
“Qəbələ” 2020/21 mövsümünün ikinci hissəsinin hazırlıqlarına bu gün start verəcək.
Sportfm.az xəbər verir ki, “qırmızı-qaralar” Qəbələdə bir araya gələcək.
Komandanın 2021-ci ildə ilk məşqi günün ikinci yarısına təsadüf edəcək. Elmar Baxşıyevin kollektivi hazırlıq prosesi çərçivəsində öncədən nəzərdə tutulduğu kimi iki deyil, bir yoxlama görüşü keçirəcək.
Yanvarın 10-na planlaşdırılan “Neftçi” ilə görüş baş tutmayacaq. Ayın 13-dək Qəbələ şəhər stadionunda hazırlıq keçəcək “qırmızı-qaralar” toplanışı Bakıda davam etdirəcək.
Yanvarın 14-də komanda “Sumqayıt”la matçda qüvvəsini sınayacaq. “Qəbələ”nin məşqlərinə U-19 komandasının dörd üzvü də qatılacaq.
Oxşar xəbərlər
"Qəbələ" Türkiyədə 3 yoxlama matçı keçirəcək - Hazırlıq planı
"Qəbələ"nin hazırlıq planı açıqlandı - Azərbaycan Premyer Liqası
"Qəbələ" sabah başlayır - komanda Türkiyəyə yollanacaq
"Qəbələ" Bakıda toplaşacaq
“Qırmızı-qaralar”ın hazırlıq planı müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası