"Qəbələ" Bakıda toplaşacaq
“Qəbələ” sabah mövsümün ikinci yarısının hazırlıqlarına start verəcək.
Sportfm.az xəbər verir ki, Azərbaycan kubokunun 2018-ci il dekabrın 20-də keçirilən 1/4 final mərhələsinin cavab oyunundan sonra istirahətə buraxılan “qırmızı-qaralar” Bakıda bir araya gələcək.
16 günlük fasilədən sonra toplaşacaq komanda “Bakı” FK-nın təlim-məşq bazasında yığışacaq. Sənan Qurbanovun yetirmələrinin bu il keçirəcəyi ilk məşq günün ikinci yarısına təsadüf edəcək. Saat 17:00-da başlayacaq məşq prosesi ilə mövsümün ikinci yarısına hazırlığın ilk mərhələsi start götürəcək.
“Qəbələ” yanvarın 13-dək paytaxtda hazırlıq keçəcək. Mövsümün ikinci yarısına hazırlığın növbəti mərhələsi Türkiyədə gerçəkləşəcək. “Qırmızı-qaralar” yanvarın 27-dək Antalya şəhərində təlim-məşq toplanışında olacaq. Komanda Lara bölgəsindəki “Trendi otel”də məskunlaşacaq. “Qəbələ” Türkiyə toplanışı müddətində 4 yoxlama oyununda qüvvəsini sınayacaq.
Oxşar xəbərlər
“Qəbələ”nin “Neftçi” planıı baş tutmadı - Görüş keçirilməyəcək
"Qəbələ" sabah başlayır - komanda Türkiyəyə yollanacaq
"Qəbələ" də Türkiyəyə yollandı
"Qəbələ" Rusiya və Almaniya klubları ilə oynayacaq
“Qəbələ” klubu qış təlim-məşq toplanışına start verdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Şahdağ Qusar” – “Səbail” matçının hakimləri açıqlandı - I Liqa
-
“Neftçi” – “Turan Tovuz” oyununun biletləri satışda
-
Marşrutların hərəkət sxemi dəyişdirilir - “Sabah”a görə
-
"Sabah" "Borussiya"ya qarşı - Çempionlar Liqası
-
“Ganja Open 2026” festivalına yekun vuruldu
-
"Şəki" "Zəngəzur"u, "Qaradağ Lökbatan" "Dinamo"nu qəbul edəcək















Misli Premyer Liqası