Ronaldo birinci, Burak Yılmaz 21-cidir - Onilliyin bombardirləri
Onilliyin ən yaxşı bombardirlərinin siyahısı məlum olub.
Sportfm.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2011-20-ci illərdə 200 və daha çox qol vuranları müəyyənləşdirib.
Milli çempionat və kubok, beynəlxalq klub turnirləri, həmçinin yığmadakı qolların nəzərə alındığı cədvələ dünyanın 41 futbolçusu düşüb. Onilliyin bombardiri Kriştiano Ronaldo olub. Portuqaliyalı ulduz bu müddətdə 550 qola imza atıb.
Argentinalı Lionel Messi əsrin ikinci onilliyində 549 qol vurub.
Robert Levandovski 417, isveçli Zlatan İbrahimoviç 340, uruqvaylılar Luis Suares 335 və Edinson Kavani 334 qol vurub. Braziliyalı Neymar (327), argentinalı Serxio Aquero (302), qabonlu Pyer-Emerik Obameyanq (275) və BƏƏ-dən Sebastyan Taqliiabue (265) ilk “onluq”da yer alıb.
Cədvəldə yeganə türkiyəli futbolçu Burak Yılmazdır. O, 234 qolla dünyada 21-cidir.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |