"Real" və "Barselona" arasında yeni il atışması
"Real" və "Barselona" bir-birilərini yeni il münasibəti ilə təbrik edib.
Sportfm.az xəbər verir ki, "Real" özünün rəsmi Twitter hesabından bu barədə paylaşım edib. "Kral klubu" məşqlərdən video paylaşaraq bunları yazıb: "Salam, 2021, Yeni iliniz mübarək "madridlilər". "Barselona" isə həmin paylaşıma cavab olaraq bu şərhi göndərib: "2021-ci ildə azarkeşlərimizin yenidən futbolu hiss etməsi diləyi ilə yeni iliniz mübarək olsun". "Real" bunun altında qalmayıb: "Hər kəsin yeni ili mübarək olsun! "El Klasiko" tribunlardakı azarkeşlərimizlə daha çox "klasiko"dur. Ümid edirik ki, bu tezliklə mümkün olacaq".
Qeyd edək ki, "Barselona" 25 xalla turnir cədvəlində 6-cı sırada, "Real" isə 33 xalla 2-ci yerdədir.
Oxşar xəbərlər
"Real" - "Barselona" 0:1 - VİDEO
Kral klubu lider oldu - EL Klasiko
Zidanın “5”i, “Real”ın həsrəti - 12 illik seriyaya son
Yenə "El-Klasiko", yenə "Barselona" - VİDEO
"Barselona" "Real"ı darmadağın etdi: 5:1 - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası