• 01:10 Çərşənbə
    20 Yanvar 2021
SportFM.Az
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar
Uroş Matiç məşhur şəkildən danışdı:

Uroş Matiç məşhur şəkildən danışdı: "Bu, siyasi gediş idi"

“Qarabağ" klubunun yeni transferi Uroş Matiç müsahibə verib.

- Yeni komandanızda özünüzü necə hiss edirsiniz?

- “Qarabağ”ı əvvəldən tanıyır, bilirdim ki, böyük klubdur. 3 dəfə Bakıda bu komandaya rəqib olmuşam. Bunların biri Danimarka “Kopenhagen”ində, 2-si isə Kipr APEOL-ində çıxış edərkən idi. Yəni, “Qarabağ” haqqında çox şey bilirdim. Bura gəlməmişdən əvvəl bir çox insanla danışmışdım. Cəmi 5 gün bəs etdi ki, “Qarabağ”ın böyük ailə olduğunu görüm.

- Maraqlıdır, Ağdam klubundan təklif alanda kimlərlə məsləhətləşmişdiniz?

- Komandanın keçmiş qapıçısı Asmir Beqoviçlə danışmışdım. Çünki o, mənim yaxın dostumdur, qardaş Nemanya Matiçlə birlikdə “Çelsi”də çıxış edib. Beqoviç “Qarabağ” haqqında xeyli müsbət fikir səsləndirdi. Bu amil də qərar verməyimdə vacib rol oynadı.

- Bəs təklif nə vaxt gəldi?

- Bir neçə gün danışıqlar oldu. Gördüm ki, “Qarabağ” ciddi klubdur, hədəfləri, iddiası var, avrokuboklarda uğur qazanmaq istəyir. Klubla hədəflərimiz üst-üstə düşdüyündən, təklifi qəbul etdim. Mən də uğur qazanmaq istəyirəm.

- Yeni komandanıza uyğunlaşa bilirsiniz?

- Cəmi 4 gündür komanda ilə birlikdəyəm. Uyğunlaşmaq üçün elə də çox vaxt lazım deyil. Çünki artıq çəkim yoxdur, buraya hazır formada gəlmişəm. Əlbəttə, yeni komandadır, yeni baş məşqçi ilə çalışıram. Buna baxmayaraq, sürətlə adaptasiya olacağam. Çünki biz peşəkar futbolçularıq. Bir neçə gündən sonra bir-birimizi daha yaxşı başa düşəcəyik.

- Qardaşınız Nemanya Matiçlə bağlı xüsusi sual vermək istərdik. Onun bir müddət öncə erməni bayrağı ilə çəkilmiş şəkil paylaşması Azərbaycanda xeyli müzakirə və tənqid olundu. Yəqin ki, Azərbaycan və Ermənistan arasındakı münaqişədən xəbərdarsınız...

- Nəyi nəzərdə tutduğunuzu bilirəm. Bu, siyasi gediş idi. Nemanya həmin fotoya baxmamışdı. Plakatdakı sözləri, orada nə yazıldığını oxumamışdı. Sonradan insanlar ona bunun nə demək olduğunu izah ediblər. Biz sülhün tərəfdarıyıq, münaqişə istəmirik. Çünki bu, futbola aid məsələ deyil.

- Qardaşınız həmin vaxt əsl həqiqəti bilmirdi. Olarmı, indi üzərində “Qarabağ - Azərbaycanındır!” sözləri yazılmış Azərbaycan bayrağı ilə şəkil çəkdirsin, biz də bunu paylaşaq?

- Bu, siyasi məsələdir. Nemanya başqa komandada çıxış edir. Əlbəttə, qarşısında Azərbaycan bayrağı görsə, onunla şəkil çəkdirər. Mən siyasətə qarışmaq istəmirəm.

- Nemanya “Qarabağ” haqqında bilir?

- Bəli, o da Asmirdən məlumat alıb. Böyük komandaya keçdiyimi bilir. Mənim “Qarabağ”a keçidimdən məmnundur.

- Ötən mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsinin Bakıdakı cavab görüşündə APOEL-in heyətində siz olmasaydınız, “Qarabağ” qalib gələrdi, yoxsa Kipr klubu?

- “Qarabağ” APOEL-dən yaxşı oynasa da, biz qollar vurub qalib gəldik. Şanslar 50/50-yə idi. Sonda APOEL 2:0 hesablı qələbə qazandı və ikinci qolu mən vurdum. Bu, futboldur. “Qarabağ”la yenidən avrokuboklarda oynayacağım üçün sevinirəm. Məncə, önəmli olan budur. (Report)

скачать dle 10.4 UTF-8Forex для начинающих

1-08-2020
270
REKLAM
Etketlər
DİGƏR XƏBƏRLƏR
29-09-2020
"Qol vursam, Haiti rəqsi edəcəyəm" - Donald Gerye
28-08-2020
"Qarabağ" yeni transferini təqdim etdi - 2+1
26-08-2020
"Qarabağ" növbəti mərhələdə - YENİLƏNİB
27-07-2020
"Mənə daha böyük diqqət göstərdilər" - "Qarabağ"ın yeni transferi
26-07-2020
"Bu uğurların heç biri təsadüf deyil" - Uroş Matiç
26-07-2020
Matiç “Qarabağ”da -
Matiç “Qarabağ”da - RƏSMİ
24-10-2019
"Qarabağ", yoxsa APOEL? - Azarkeşlər səs verir
18-09-2019
"Qarabağ"ın yeni transferi həftənin oyunçusu seçildi
6-09-2019
Beqoviç rəsmən
Beqoviç rəsmən "Qarabağ"da - FOTO
14-08-2019
"Mançester Yunayted"in futbolçusundan "Qarabağ"a vurulan qola reaksiya - FOTO
7-08-2019
"Heç bir halda arxaynlaşmaq olmaz" - Elxan Məmmədov
12-06-2019
Azərbaycanda futbolçu yetişməməyin yüz səbəbindən biri
Azərbaycanda futbolçu yetişməməyin yüz səbəbindən biri
10-04-2019
Əcnəbi qapıçı Azərbaycandakı karyerası ilə bağlı kitab yazacaq
Əcnəbi qapıçı Azərbaycandakı karyerası ilə bağlı kitab yazacaq
7-07-2018
"Qarabağ"ın Azərbaycan üçün nə demək olduğunu başa düşürəm"
7-09-2017
Tarik Elyunussi: Azərbaycanın ən güclü komandasına gəldiyim üçün xoşbəxtəm
Tarik Elyunussi: Azərbaycanın ən güclü komandasına gəldiyim üçün xoşbəxtəm
  Xəbər Lenti
Super Liqa klubunda rumıniyalı baş məşqçi - 1,5 illik müqavilə 19.01.2021, 21:04
Yeni mövsümün təqvimi açıqlandı - Çempionlar Liqası 19.01.2021, 20:52
"Bu vəzifə üçün yeni təyinat olmalıdır" - "Qarabağ" rəsmisi 19.01.2021, 20:08
"Səbail" gürcü futbolçu ilə gücləndi - RƏSMİ 19.01.2021, 19:50
Messinin cəzası bilindi - Diskvalifikasiya edildi 19.01.2021, 18:21
Yığmamızın oyunçusu bəraət qazandı - İki futbolçu həbs olundu 19.01.2021, 17:45
Rəsmi matçlar Dövlət Himni ilə başlayacaq - Mövsümün sonuna qədər 19.01.2021, 17:26
Millimizin baş məşqçisi koronavirusdan sağaldı - Bakıya gəlir 19.01.2021, 16:52
Nurlan İbrahimov "Qarabağ" ilə vidalaşdı - 15 ildən sonra 19.01.2021, 16:35
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ  1 3
2 Neftçi  1 3
3 Keşlə  1 3
4 Qəbələ   1 1
5 Zirə  1 1
6 Səbail 1 0
7 Sumqayıt 1 0
8 Sabah 1 0
Ətraflı
23-12-2020
“Heç nə bitməyib” -
“Heç nə bitməyib” - Nurlan İbrahimov
17-01-2021
"Matç bitəndən sonra mənə yaxınlaşıb gözəl oyuna görə təşəkkür etdi" - Rafiq Əlizadənin əziz xatirəsinə
24-12-2020
2020-ci ilə yekun vuruldu -
2020-ci ilə yekun vuruldu - Azərbaycan Premyer Liqası
26-12-2020
Hacı karyerasını bitirir -
Hacı karyerasını bitirir - "Qızıl medal qazansam, bəlkə idmanı ataram"
26-12-2020
Millimiz neçəncidir? -
Millimiz neçəncidir? - UEFA reytinqi
5-01-2021
XIV turun oyun cədvəli məlum oldu -
XIV turun oyun cədvəli məlum oldu - Premyer Liqa
25-12-2020
İlin bombardiri açıqlandı -
İlin bombardiri açıqlandı - UEFA kimi seçdi?
3-01-2021
Teymur Rəcəbov erməni rəqibini yenə məğlub etdi
Teymur Rəcəbov erməni rəqibini yenə məğlub etdi
12-01-2021
"Məndən sonra hamıya ipponla qalib gəldi" - Orxan Səfərov
9-01-2021
"Sumqayıt" ağır xəstəlikdən çıxıb" - Ayxan Abbasov
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Turan-Tovuz 17 37
2 Səbail-2 Zaqatala 18 36
3 Zaqatala 17 35
4 Sabah-2 18 32
5 Neftçi-2 18 29
6 Kəpəz 18 28
7 Keşlə-2 17 25
8 Sumqayıt-2 17 24
9 Qarabağ-2 17 24
10 MOİK 16 19
11 Ağsu 18 13
12 Zirə-2 17 11
13 Qaradağ Lökbatan 18 7
       
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Ülvi Amon tərəfindən yığılıb