Hacı Əliyev 1/4 finala yüksəldi -Dünya çempionundan intiqamını aldı
Azərbaycanın titullu sərbəst güləşçisi Hacı Əliyev Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda 1/4 finala yüksəlib.
Sportfm.az xəbər verir ki, 3 qat dünya və 3 qat Avropa çempionumuz 1/8 finalda rusiyalı dünya çempionu Hacımurad Rəşidovu məğlub edib.
Əliyev 2-ci dəqiqənin sonunda rəqibinə fənn tətbiq edib və 4:0 önə keçib. Həmin vaxt Rəşidov zədələnib və görüşə davam edə bilmədiyi üçün azərbaycanlı pəhləvan növbəti mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, bu rəqiblərin 2019-cu ildə Qazaxıstanın paytaxtı Astanada keçirilmiş dünya çempionatındakı görüşü qalmaqalla yekunlaşmışdı. Əliyev qəsdən uduzdurulduğunu iddia edərək hakimlərdən narazılığını onlara qırmızı vərəqə göstərməklə nümayiş etdirmişdi.

Oxşar xəbərlər
Hacı Əliyev yarımfinala yüksəldi - Dünya çempionatı
Hacı Əliyev medal almaqdan imtina etdi - Fərdi Dünya Kuboku
Hacı Əliyev mübarizəyə başlayır - Dünya Kuboku
Hacı Əliyevin qırmızı vərəqəsi ləğv edildi
Güləşçimiz dünya çempionatından qalmaqalla ayrıldı - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dövlət başçısı Xankəndi Stadionunun açılışında
-
Yığmamızın heyəti açıqlandı - SİYAHI
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Şəfa" - "Araz-Naxçıvan" - START HEYƏTLƏR
-
“Şəfa” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə qarşı - Premyer Liqa
-
Millimizin oyunlarının təqvimi açıqlandı - Millətlər Liqası















Misli Premyer Liqası