Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Nazim Süleymanova təşəkkür etdilər- FOTO
Dekabrın 23-də Təhsil Nazirliyinin tabeliyindəki T.İsmayılov adına 6 nömrəli məktəb-liseydə "Məktəblilər üçün oxu” layihəsinin təqdimat mərasimi keçirilib.
Sportfm.az xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, nazirliyin əməkdaşları, millət vəkilləri, layihəyə dəstək verən şəxslər iştirak ediblər. "Məktəblilər üçün oxu” layihəsi "Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” təhsil nazirinin əmrinə əsaslanaraq, şagirdlərdə mütaliə həvəsini daha da gücləndirmək və mütaliə vərdişlərini inkişaf etdirmək məqsədilə hazırlanıb.
Layihəyə dəstək göstərən şəxslərə Təhsil Nazirliyinin təşəkkürnaməsi təqdim olunub. Təşəkkürnamə alan şəxslər arasında Azərbaycan millisinin sabiq kapitanı Nazim Süleymanov da var.
Oxşar xəbərlər
Futzal üzrə Tələbə Liqasına yekun vuruldu
Tələbə çempionatının püşkü atıldı
Yeni federasiyanın təqdimat mərasimi keçirildi - Azərbaycanda
117 nömrəli tam orta məktəbin komandası birinci oldu
Azərbaycan çempionatının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası