reklam
“Bakı Marafonu 2026”-nın qalibi Əhməd Alkanoğlu oldu
Sportfm.az xəbər saytı

“Bakı Marafonu 2026”-nın qalibi Əhməd Alkanoğlu oldu


Mayın 3-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026″nın qalibi müəyyənləşib.

Sportfm.az xəbər verir ki, marafonda finiş xəttinə kişilər arasında ilk çatan idmançı Türkiyədən Əhməd Alkanoğlu olub. İkinci yerdə ukraynalı yarışçı Vitaliy Şafar, üçüncü yerdə isə Qırğızıstan təmsilçisi Yrskeldi Akerov qərarlaşıb.

Qadınların mübarizəsində Rusiyadan Elena Tolstykh birinci, Azərbaycandan Anna Yusupova ikinci, Qazaxıstandan Şirin Akimbay üçüncü yerin sahibi olub.

Bu il ilk dəfə olaraq 21 kilometrlik məsafədə deyil, tam 42 kilometrlik marşrutda keçirilən marafona 25 min iştirakçı qatılıb.

Oxşar xəbərlər

"Bakı Marafonu 2024" qalibləri müəyyənləşdi - FOTO
“Bakı marafonu 2024” başladı
"Bakı Marafonu 2023"ün qalibləri məlum oldu
"Bakı Marafonu-2019"un qalibi uqandalı oldu
“Gəncə Marafonu-2017” keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər