reklam
Polis rəisi “Kəpəz”in qonağı oldu
Sportfm.az xəbər saytı

Polis rəisi “Kəpəz”in qonağı oldu


Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Teymur Hacıyev “Kəpəz”in futbol akademiyasına baş çəkib.

Sportfm.az xəbər verir ki, görüşdə klub rəsmiləri, komandanın məşqçilər heyəti və futbolçular iştirak ediblər.

Əvvəlcə Teymur Hacıyevə Akademiyanın infrastrukturu və fəaliyyəti barədə məlumat verilib, mövcud şəraitlə yaxından tanışlıq olub. Daha sonra Baş Polis İdarəsinin rəisi komanda üzvləri ilə görüşərək onlarla söhbət edib.

Görüş zamanı polis general-mayoru futbolçulara qarşıdakı oyunlarda uğurlar arzulayıb, onlara həm idmanda, həm də şəxsi həyatlarında müvəffəqiyyətlər diləyib. O, hər zaman “Kəpəz” klubunun yanında olduğunu bildirib.

Oxşar xəbərlər

Vilayət Eyvazov idmançı rəisi işdən çıxardı
Mahirin evini soyan oğrular saxlanıldı - Araşdırma davam edir
Bakı Şəhər Baş Polis İdarəsi açıqlama verdi - “Dundalk” futbolçuları ilə bağlı
Tovuz klubuna kömək edəcək - FOTO
Səhlab Bağırov: "Qarabağ" - "Çelsi" oyununda təhlükəsizlik tam təmin olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər