Təxirə salınmış oyun keçiriləcək - Azərbaycan Premyer Liqası
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun son görüşü keçiriləcək.
Sportfm.az xəbər verir ki, "Kapital Bank Arena"da "Sumqayıt" "Qəbələ"ni qəbul edəcək. Əslində bu oyunun noyabrın 28-də təşkili nəzərdə tutulmuşdu. Lakin "Qəbələ"nin heyətində koronavirusa yoluxmuş futbolçular üzündən qarşılaşmanın 30 noyabra təxirə salınması qərara alınmışdı.
Hazırda "Sumqayıt" 15 xalla 4-cü, "Qəbələ" 8 xalla 8-ci yerdə gedir. Meydan sahibləri qalib gəlsələr, bir pillə irəliləyəcəklər. Qonaqları isə qələbə 6-cı pilləyə yüksəldəcək.
İndiyədək bu komandalar çempionatda 32 dəfə üz-üzə gəliblər. Bunların 4-də "Sumqayıt", 18-də "Qəbələ" üstün olub, 10 matçda isə heç-heçə qeydə alınıb. "Qırmızı-qaralar" topların nisbətində də böyük fərqlə öndədir - 54:25.
Digər tərəfdən, “Qəbələ” son üç oyunda uduzmayıb. “Sumqayıt” evdə keçirdiyi son üç matçdan qolsuz və xalsız ayrılmayıb.
Azərbaycan Premyer Liqası, XI tur
30 noyabr (bazar ertəsi)
16:00. "Sumqayıt" - "Qəbələ"
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Asif Əliyev
"Kapital Bank Arena"
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" "Zirə" ilə 0:0, "Keşlə" "Sabah"la və "Səbail" "Qarabağ"la 1:1 hesablı heç-heçə edib.
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qarabağ | 30 | 23 | 3 | 4 | 83-29 | 72 |
2 | Neftçi | 30 | 13 | 8 | 9 | 39-30 | 47 |
3 | Zirə | 30 | 12 | 10 | 8 | 26-18 | 46 |
4 | Sumqayıt | 30 | 11 | 11 | 8 | 28-33 | 44 |
5 | Sabah | 30 | 12 | 7 | 11 | 42-37 | 43 |
6 | Turan Tovuz | 30 | 11 | 9 | 10 | 46-40 | 42 |
7 | Səbail | 30 | 10 | 9 | 11 | 45-49 | 39 |
8 | Araz-Naxçıvan | 30 | 8 | 8 | 14 | 28-42 | 32 |
9 | Kəpəz | 30 | 8 | 7 | 15 | 35-57 | 31 |
10 | Qəbələ | 30 | 4 | 4 | 22 | 21-58 | 16 |
N | Klublar | O | Q | D | M | VQ | BQ | X |
1 |
Araz Naxçıvan |
18 |
15 |
2 |
1 |
141 |
27 |
47 |
2 |
Baku Fire |
18 |
11 |
5 |
2 |
132 |
46 |
38 |
3 |
Neftçi İK İB |
18 |
11 |
3 |
4 |
162 |
56 |
36 |
4 |
Yasamal Bakı |
18 |
6 |
2 |
10 |
79 |
149 |
20 |
5 |
U-19 |
18 |
2 |
3 |
13 |
61 |
141 |
9 |
6 |
Record club |
18 |
1 |
1 |
16 |
32 |
188 |
4 |
Bombardirlər: Reza Abgoun (Neftçi İK) - 55, Kənan Manafov (Baku Fire) - 49, Rüstəm Bağırov (Yasamal Bakı) - 41 qol
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qaradağ Lökbatan | 21 | 13 | 6 | 2 | 37-14 | 45 |
2 | Şamaxı | 22 | 11 | 9 | 2 | 47-18 | 42 |
3 | İmişli | 21 | 12 | 6 | 3 | 32-13 | 42 |
4 | MOİK | 22 | 12 | 5 | 5 | 43-22 | 41 |
5 | Karvan | 21 | 9 | 5 | 7 | 26-25 | 32 |
6 | Zaqatala | 21 | 5 | 8 | 8 | 25-28 | 23 |
7 | İrəvan | 22 | 7 | 2 | 13 | 25-47 | 23 |
8 | Mingəçevir | 22 | 6 | 4 | 12 | 16-32 | 22 |
9 | Difai Ağsu | 21 | 4 | 4 | 13 | 24-36 | 16 |
10 | Araz Saatlı | 21 | 3 | 1 | 17 | 22-62 | 10 |