Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Neftçi"də belaruslu legioner- FOTO
Cüdo üzrə qadınlardan ibarət Azərbaycan milli komandasına belaruslu legioner cəlb olunub. Bu, Kristina Jukovetsdir.
Sportfm.az xəbər verir ki, 23 yaşlı idmançı hazırda Bakı İdman Sarayında keçirilən ölkə çempionatında 70 kq çəki dərəcəsində qızıl medal qazanıb. "Neftçi" İdman Klubunun üzvü finalda Salyandan olan Aidə Baxışovanı yenib. Bundan öncə o, gənclər arasında ölkə birinciliyində də qalib olub.
Azərbaycan Cüdo Federasiyasının rəsmisi Elnur Əşrəfoğlu "Report"a açıqlamasında belaruslu legioneri qadın cüdosunda da yüksək nailiyyətlər qazanmaq üçün heyətə cəlb etdiklərini bildirib: "Federasiyamızın vitse-prezidenti Sadıq Sadıqovun da dediyi kimi, məqsədimiz 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında qadın cüdosunda da 3 lisenziya qazanmaqdır. Yuxarı çəki dərəcəsində belə bir səviyyəli idmançımız az olduğundan, Kristina Jukovetsi heyətə cəlb etmişik. Ölkə çempionatında özünü yaxşı tərəfdən göstərdiyi üçün yığmanın qarşıdakı təlim-məşq toplanışlarına cəlb olunacaq. Ona ümidlərimiz böyükdür".
Qeyd edək ki, Kristina Jukovets Belarusun Bobruysk şəhərində idmançı ailəsində doğulub. O, sambo üzrə dünya çempionudur. Bacılarından Diana 16, Maryana isə 8 yaşında olmasına baxmayaraq, bir sıra yarışlarda Belarusa medallar qazandırıblar. Valideynləri Vadim və Nonna Jukovetslər isə cüdo və sambo məşqçisidirlər.
Oxşar xəbərlər
3 çəki dərəcəsində 9 qadın cüdoçu
Cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək
Elxan Məmmədov medal qazandı
2016-cı ilin son cüdo yarışından maraqlı anlar -VİDEO
Cüdo üzrə ölkə çempionatının ilk günündə 9 çəki dərəcəsinin qalibi müəyyənləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası