reklam
Rəcəbov rusiyalı şahmatçı ilə bərabərə qaldı
Sportfm.az xəbər saytı

Rəcəbov rusiyalı şahmatçı ilə bərabərə qaldı


Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində növbəti görüşünü keçirib.

Sportfm.az xəbər verir ki, 35 yaşlı qrossmeyster yarışın üçüncü turunda ağ fiqurlarla FİDE bayrağı altında mübarizə aparan rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gəlib. Matç 30-cu gedişdə “sülh”lə başa çatıb.

Təmsilçimiz ilk turda ağ fiqurlarla Fransa şahmatçısı Alireza Firuzca ilə heç-heçə edib, ardınca Hikaru Nakamuraya (ABŞ) uduzub.

Dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.

Oxşar xəbərlər

Rəcəbov sonuncu görüşdə qələbə qqazandı - İddiaçılar Turniri
Rəcəbovun son sınağı - İddiaçılar turniri
Rəcəbov liderlə bərabərə qaldı
Rəcəbov Nakamuraya məğlub oldu - İddiaçılar Turniri
Teymur Rəcəbov İddiaçılar Turnirinə bərabərliklə başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər