reklam
Porye - Makqreqor döyüşünün vaxtı bilindi
Sportfm.az xəbər saytı

Porye - Makqreqor döyüşünün vaxtı bilindi


Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqorla Dastin Porye arasındakı görüşün vaxtı müəyyənləşib.

Sportfm.az xəbər verir ki, döyüş yanvarın 23-də "UFC 257" turniri çərçivəsində baş tutacaq.

Qarşılaşmanın yeri barədə məlumat verilməsə də, onun Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, Mokqreqor bu ilin iyulunda karyerasını bitirdiyini açıqlayıb. İrlandiyalı idmançı 2014-cü ildə Porye ilə qarşılaşıb və həmin görüşdə ABŞ-dan olan rəqibini ilk raundun 2-ci dəqiqəsində texniki nokautla məğlub edib.

Oxşar xəbərlər

Makqreqor-Dastin döyüşü yarımçıq dayandırıldı - "UFC 264” turniri
"Təəssüf ki, küncə sıxılmağıma imkan verdim" - VİDEO
Nurməhəmmədov Porye ilə döyüşədən 6 milyon alacaq
Nurməhəmmədovun Britaniya turu ləğv olundu
UFC-ni tərk edirlər - Döyüşlərin sayı azdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər