reklam
Sportfm.az xəbər saytı

"Neftçi"nin 2 futbolçusu "Qəbələ" ilə matçda oynamayacaq


"Neftçi" komandası Azərbaycan Premyer Liqasında X turun "Qəbələ" ilə səfər oyununa futbolçu itkiləri ilə çıxacaq.

Sportfm.az xəbər verir ki, paytaxt klubunun baş məşqçisi Samir Abasovun verdiyi məlumata görə, zədəli Stiven Monrozla yanaşı, kapitan Emin Mahmudov da qarşıdakı matçı buraxacaq.

Ayağında problemi olan 28 yaşlı yarımmüdafiəçi komanda ilə birlikdə məşqlərə gələn həftədən başlayacaq. Təcrübəli oyunçu zədə səbəbindən çempionatın son 2 turunun "Sumqayıt" (0:0) və "Qarabağ"la qarşılaşmalarında (0:6) da iştirak etməyib.

Qeyd edək ki, noyabrın 22-də keçiriləcək "Qəbələ" - "Neftçi" oyunu saat 14:00-da start götürəcək. (report)

Oxşar xəbərlər

“Neftçi”də itki - 2 futbolçusu “Qəbələ”yə qarşı oynamayacaq
Qara Qarayev "Qəbələ" ilə matçı buraxacaq - Zədə səbəbindən
"Neftçi" səfər oyununa ciddi itkilərlə çıxacaq - Azərbaycan Premyer Liqası
"Tapşırıqları yerinə yetirə bilmədik" - "Neftçi"nin kapitanı
"Neftçi"nin baş məşqçisi məşqlərə qoşuldu - Koronavirusdan sağaldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər