"Sivasspor"da daha 3 nəfərdə yoluxma -Matç öncəsi
UEFA Avropa Liqasının I qrupunun IV turunda "Qarabağ"la qarşılaşacaq Türkiyə "Sivasspor"u koronavirus testlərinin nəticəsini açıqlayıb.
Sportfm.az xəbər verir ki, komandanın məşqçisində və 2 futbolçusunda infeksiya aşkarlanıb.
Virus aşkarlanan şəxslərin adları açıqlanmayıb və onlar dərhal karantinə alınıblar. Həmçinin daha əvvəl analiz nəticəsi müsbət çıxmış oyunçulardan birinin sağaldığı bildirilib. Hazırda komandada koronavirus xəstəsi olan 7 futbolçu var.
Qeyd edək ki, "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da Türkiyədə baş tutacaq. İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.
Oxşar xəbərlər
"Sivasspor"un əsas oyunçuları "Qarabağ"a qarşı oynamayacaq - Avropa Liqası
"Qarabağ" - "Sivasspor" matçının hakimləri açıqlandı
"Qarabağ" - "Sivasspor" matçı azarkeşsiz keçiriləcək - Avropa Liqası
"Sivasspor"da yenə koronavirus aşkarlandı
"Qarabağ" yenə Türkiyədə oynayacaq - Avropa Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası