"Qarşıda bizi Kipr və Azərbaycana qarşı ciddi oyun gözləyir" -Lük Holts
“Avstriya ilə oyuna nəticə əldə etmək üçün çıxmırıq. Əks-halda start heyətdə ən yaxşı oyunçularıma yer verərdim”.
Sportfm.az xəbər verir ki, bu sözləri milli komandamızın Millətlər Liqasındakı rəqibi Lüksemburq yığmasının baş məşqçisi Lük Holts “Avstriya” ilə yoldaşlıq oyunundan əvvəl açıqlamasında deyib. O, qarşıda Azərbaycanla keçirəcəkləri matçın ciddi olduğunu bildirib:
“Futbolçularıma rəsmi görüşlərə daha hazır olmaları üçün oyunda müəyyən qədər vaxt verəcəyəm. Qarşıda bizi Kipr və Azərbaycana qarşı çox ciddi iki oyun gözləyir. Məqsədimiz B liqasına vəsiqə qazanmaqdır. Bunun üçün də qrupdakı son matçlarda mütləq qalib gəlməliyik”.
Qeyd edək ki, 17 noyabrda keçiriləcək Lüksemburq - Azərbaycan matçı Bakı vaxtı ilə 23:45-də start götürəcək.
Oxşar xəbərlər
“Azərbaycana mütləq qalib gəlməliyik” - Françesko Kaltsona
"Bütün hazırlığı Azərbaycanla oyuna görə qurmuşuq" - Lük Holts
"Azərbaycanla matçda müsbət nəticəyə ehtiyac var" - Yohan Valem
Kiprin baş məşqçisi:"Rəqibin gücünü görəcəyik”
Elxan Məmmədov "Amerikanı kəşf etdi": "Əsas məqsədimiz hər oyunda 3 xal qazanmaq olacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin