"Bütün hazırlığı Azərbaycanla oyuna görə qurmuşuq" -Lük Holts
"İlk yarıda çox yaxşı müdafiə olunduq. 60-cı dəqiqədən sonra işimiz çətinləşdi. Dəyişikliklərdən sonra sürət və dəqiqlik çatışmadı".
Sportfm.az xəbər verir ki, bu fikirləri Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı rəqibi Lüksemburq komandasının baş məşçisi Lük Holts Avstriyaya 0:3 hesabı ilə uduzduqları yoldaşlıq oyundan sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis oyunçu əvəzləmələrinin komandanı oyun ritmindən çıxardığını bildirib.
O, qısa zaman ərzində 3 oyunun keçirilməsini də məqsədəuyğun hesab etməyib: "Altı gündə 3 matça çıxırıq. UEFA-dan kimsə yoldaşlıq görüşlərinin belə vaxtlarda keçirilməsindən narahat deyil? İşlərə futbol oynayıb-oynamadığından əmin olmadığım insanlar qərar verir".
Holts artıq Millətlər Liqasındakı son matçlara kökləndiklərini söyləyib: "Bütün hazırlığı Kipr və Azərbaycanla oyuna görə qurmuşuq".
Qeyd edək ki, Lüksemburq noyabrın 14-də Kiprlə, 3 gün sonra isə Azərbaycanla üz-üzə gələcək.
Oxşar xəbərlər
"Azərbaycan yığması yaxşı oynadı" - Lük Holts
"Qarşıda bizi Kipr və Azərbaycana qarşı ciddi oyun gözləyir" - Lük Holts
Millimizin rəqibi İtaliya ilə qarşılaşmaqdan imtina etdi - Yoldaşlıq görüşü
"Sabahkı oyunda favorit Azərbaycan millisidir" - Lük Holts
Maltanın baş məşqçisi hansı yığmanı millimizə bənzədir?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası