reklam
Sportfm.az xəbər saytı

"Korrupsioner hakimiyyət xalqa xəyanət etdi" -Erməni döyüşçü


Ermənistanlı MMA döyüşçüsü Eduard Vartanyan Rusiyanın vasitəçiliyi ilə ölkəsi və Azərbaycan arasında bağlanmış sülh müqaviləsinə münasibət bildirib.

Sportfm.az xəbər verir ki, şəxsi instaqram səhifəsində paylaşım edən 29 yaşlı idmançı Ermənistan rəhbərliyini sərt tənqid edib.

Vartanyan yerli hakimiyyətin xalqa xəyanət etdiyini yazıb: "İnsan həyatının dəyərsiz olduğunu başa düşmək dəhşətlidir. Satılmış hakimiyyət hər şeyə hərbi əməliyyatlar başlamamışdan öncə qərar verib. Dövlətin başında duran korrupsioner siyasətçilər erməni xalqına xəyanət etdilər. Siyasət çirkli və prinsipsiz işdir. Qurban verilməsinin qarşısını daha əvvəl almaq olardı".

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında noyabrın 10-da II Qarabağ müharibəsinin başa çatdırılması ilə bağlı müqavilə imzalanıb.

Oxşar xəbərlər

Pike Şakiraya xəyanət etdi - Ayrılırlar
Prezident Azərbaycanın qələbəsini elan etdi!
"Füzuli!! İrəli, Azərbaycan!!" - Şəhriyar Məmmədyarov
Ona xəyanət edən futbolçunu bağışladı - FOTO
Erməni futbolçu İngiltərədən siyasi sığınacaq istədi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər