Prezident Azərbaycanın qələbəsini elan etdi!
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında döyüş əməliyyatlarının dayandırılması haqqında bəyanat imzalanıb.
Prezident İlham Əliyev xalqa müraciətində video-format qaydasında imzalanmış sənədin mətnini açıqlayıb.
Sənədə əsasən noyabrın 10-u saat 00:00-dan etibarən Dağlıq Qarabağda hərbi əməliyyatlar dayandırılır.
Ağdam rayonunun işğal altında olan əraziləri 20 noyabr 2020-ci il tarixinədək Azərbaycana qaytarılacaq.
Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca 5 il müddətinə Rusiyanın sülhməramlıları yerləşdirilir.
Atəşkəsə nəzarət etmək üçün sülh mərkəzi yaradılır.
Dağlıq Qarabağın Ermənistanla əlaqəsi təmin ediləcək.
Ermənistan işğal etdiyi Kəlbəcəri 15 noyabradək, Laçını isə 1 dekabradək boşaldacaq.
Məcburi köçkünlər işğaldan azad edilmiş ərazilərə qaytarılacaq.
Hərbi əsirlərin və cəsədlərin mübadiləsi həyata keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycanda Zəfər Günüdür
Azərbaycanda Zəfər Günüdür
Nə oldu, Paşinyan? - Yoxdur status və olmayacaq!
"Füzuli şəhəri və rayonun daha bir neçə kəndi işğaldan azad olunub" - Prezident İlham Əliyev
İlham Əliyev dünya çempionatının açılışında iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası