reklam
Dünya çempionatının Belçika mərhələsi ləğv edildi
Sportfm.az xəbər saytı

Dünya çempionatının Belçika mərhələsi ləğv edildi


Ralli üzrə dünya çempionatının (WRC) təşkilatçıları 2020-ci il mövsümünün sonuncudan əvvəlki mərhələsinin ləğv olunduğunu elan ediblər.

Sportfm.az xəbər verir ki, bu qərar Belçikada COVID-19 infeksiyasının artması ilə əlaqədar qəbul edilib.

Beləliklə, WRC mövsümünün bitməsinə yalnız bir yarış qalıb. Bu, dekabrın əvvəlində keçiriləcək Monza rallisidir.

Mövsümün sonuncu yarışında çempionluq uğrunda dörd namizəd - “Toyota Gazoo Racing”in pilotları Elfin Evans (111 xal), Sebastien Ogier (97 xal) və “Hyundai Shell Mobis”in sürücüləri Terri Nevill (87 xal) və Ott Tianak (83 xal) mübarizə aparacaqlar.

Oxşar xəbərlər

“Toyota Racing Series” əcnəbi sürücülərdən imtina etdi
Tarixdə ilk dəfə - Berlin marafonu ləğv edildi
Xokkey üzrə dünya çempionatı ləğv olundu - Koronavirusa görə
WRC-in Avstraliya mərhələsi ləğv edildi
Meksika rallisinin qalibi müəyyənləşdi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər