"Komanda dağınıq futbol oynadı" -Yunis Hüseynov
"Oyun haqda danışılası bir şey yoxdur. İlk qol oyunun qırılma nöqtəsi oldu. 3-cü qoldan sonra da komandanın oyunu alınmadı. 1:6 hesabıyla uduzan komanda haqda deyiləsi nəsə yoxdur".
Sportfm.az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının 8-ci turunda bu gün "Qarabağ"a uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
O, 1:6 hesablı məğlubiyyəti belə şərh edib: "Futboldur, 0:10 da olur, 0:8 də. İkinci qoldan sonra komanda dağınıq futbol oynadı. Erkən qol hər bir komandaya pis təsir edir. Təhlükəli vəziyyət də deyildi. Düzdür, qapıçını da qınamaq düzgün deyil. İkinci qol da səhvdən oldu və komandada ruh düşkünlüyü yarandı. Səhvlərdən nəticə çıxarmaq lazımdır. Hər komandada belə məğlubiyyətlər olur. Qarşıdakı oyunlara hazırlaşmalıyıq. Bir oyunla heç nə bitmir.
Oxşar xəbərlər
"Futbol haqda danışılası bir şey yoxdur" - Ayxan Abbasov
"Oyunla bağlı danışılası söz yoxdur" - Füzuli Məmmədov
"Deyiləsi çox söz yoxdur" - Füzuli Məmmədov
“Çox pis oynadıq, narazıyam” - Visente Qomes
Aftandil Hacıyev gileyləndi: "Heyət güclənməlidi"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası