“Çox pis oynadıq, narazıyam” -Visente Qomes
“Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 4-cü turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Sportfm.az xəbər verir ki, o, 1:2 hesabı ilə uduzduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- Ümumi olaraq, çox pis oynadıq. Oyunumuzdan narazıyam. İlk qoldan sonra matçı həll edə bilərdik, amma olmadı. "Səbail" qoldan sonra bizdən üstün oynadı və qələbə qazandı.
- Komanda son iki turda qol buraxmasa da, bu gün Bəhlul Mustafazadə ehtiyatda idi. Bu, sizin qərarınız idi, yoxsa zədəsi var?
- Həftə ərzində Bəhlulda bir az narahatlıq var idi və ona görə qərar verdim ki, ehtiyatda qalsın.
- Şakir Seyidovla bağlı nə düşünürsüz?
- Komandaya gəldiyimdən Şakir komandada deyil. Bunu klubdan soruşmaq lazımdır ki, o, nə üçün heyətdən kənarda qalıb.
- İki penalti epizoduyla və hakimliklə bağlı fikirləriniz necədir?
- Hakimlər barəsində danışmaq istəmirəm və bu üzrə mütəxəssis deyiləm. Onlara gələcəkdə uğurlar arzu edirəm.
- Komanda ikinci hissədə inamsız çıxış etdi. Sizə elə gəlmir ki, komandanız qələbəyə çox tez inandı?
- Açığı, istədiyimiz oyunu oynaya bilmədik. Bu matçı təhlil edərək, nəticələr çıxaracağıq. (qol.az)
Oxşar xəbərlər
"Futbolçular əllərindən gələni etməlidilər" - Canni De Byazi
"O, hələ öz üzərində çox çalışmalıdır" - Vüqar Məmməd
"Ayağımızda top görmədim" - Visente Qomes
"Komanda dağınıq futbol oynadı" - Yunis Hüseynov
“Oyuna 3 xal üçün gəlmişdik” - Elmar Baxşıyev
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası