Birinci divizionda IV turun oyunları keçirildi
Futbol üzrə Azərbaycan 1-ci divizionunda 4-cü tura start verilib.
Sportfm.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Öncə “Qarabağ” və “Neftçi”nin əvəzedici komandaları üz-üzə gəlib. Bu oyunda qapılara qol vurulmayıb.
“Kəpəz” isə bu mövsüm Gəncədə ilk ev oyununa çıxıb. Sözügedən kollektiv “Zaqatala” ilə matçdan inamlı qələbə ilə ayrılıb.
Bu gün turun daha iki oyunu keçirilib. Hər iki görüş heç-heçə ilə başa çatıb.
Turun son matçı – MOİK – “Sabah-2” qarşılaşması sabah keçiriləcək.
1-ci divizion, 4-cü tur
28 oktyabr
Qarabağ-2 – Neftçi-2 0:0
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Vüsal Məmmədov, İnqilab Məmmədov.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 14:00.
Kəpəz – Zaqatala 4:2
Qol: Nicat Məmmədov, 10. Tural Qürbətov, 23; 72. Orxan Abdullayev, 65 – Kənan Müslümov, 69-pen. Roini İsmayılov, 90+4.
Hakimlər: Rəşad Əhmədov, Səbuhi Əmrahov, Kərim Zeynalov, Namiq Bəkirov.
Gəncə şəhər stadionu, 15:00.
29 oktyabr
Keşlə-2 – Turan Tovuz 0:0
Hakimlər: Kamranbəy Rəhimov, Elman Kərimov, Tərlan Talıbzadə, İnqilab Məmmədov.
“ASK Arena”, 14:00.
Sumqayıt-2 – Qaradağ Lökbatan 1:1
Qol: Nurlan Quliyev, 36-penalti – Elşən Veysov, 62.
Qırmızı vərəqə: Elşən Veysov – ikinci sarı vərəqə (“Qaradağ Lökbatan)
Hakimlər: Rövşən Rəcəbov, Elmin Süleymanov, Hidayət Feyzullayev, Səbuhi Bayramov.
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 14:00.
30 oktyabr
MOİK – Sabah-2
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Teymur Teymurov, Tural Qurbanov.
“ASCO Arena”, 14:00.

Oxşar xəbərlər
"Sumqayıt” “Zaqatala” səfərindən 1 xalla ayrıldı - I Divizion
“Neftçi”dən darmadağın - I Divizion
XII turun bütün təyinatları məlum oldu - I Divizion
IX turun hakim təyinatları - I Divizion
“Qarabağ” – “Neftçi” oyununu Fərid Hacıyev idarə edəcək - I Divizion
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası