reklam
ÇL-də qrup mərhələsinə start verilir -
Sportfm.az xəbər saytı

ÇL-də qrup mərhələsinə start verilir -YENİLƏNİR


Bu gün Çempionlar Liqasında 2020/21 mövsümünün qrup mərhələsinə start veriləcək.
Sportfm.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarının oyunları keçiriləcək.
G qrupunda “Yuventus” səfərdə Kiyev “Dinamo”su ilə qarşılaşacaq. Qrupun digər oyununda “Barselona” Macarıstanın “Ferentsvaroş” klubunu qəbul edəcək.
Günün maraqla gözlənilən digər qarşılaşması H qrupunda olacaq. Burada PSJ və “Mançester Yunayted” klubları üz-üzə gələcək. Qrupun digər oyununda Türkiyənin turnirdəki yeganə təmsilçisi “Başakşəhər” “Leyptsiq”in qonağı olacaq.
Qeyd edək ki, qrup mərhələsinin digər oyunları sabah keçiriləcək.
20 oktyabr
UEFA Çempionlar Liqası
Qrup mərhələsi
F qrupu
20:55 "Zenit" (Rusiya) – "Brügge" (Belçika)
23:00 "Latsio" (İtaliya) – "Borussiya" (Dortmund, Almaniya)
G qrupu
20:55 "Dinamo" (Kiyev, Ukrayna) – "Yuventus" (İtaliya)
23:00 "Barselona" (İspaniya) – "Ferentsvaroş" (Macarıstan)
E qrupu
23:00 "Renn" (Fransa) – "Krasnodar" (Fransa)
23:00 "Çelsi" (İngiltərə) – "Sevilya" (İspaniya)
H qrupu
23:00 PSJ (Fransa) – "Mançester Yunayted" (İngiltərə)
23:00 "Leyptsiq" (Almaniya) – "Başakşəhər" (Türkiyə)

Oxşar xəbərlər

Qrup mərhələsində son tur- Çempionlar Liqası
"Başakşehir" "Mançester Yunayted"i, "Barselona" "Dinamo"nu qəbul edir - Çempionlar Liqası
Qrup mərhələsinin növbəti oyunları - Çempionlar Liqası
"Barselona"dan 5 qol, PSJ məğlubiyyətlə başladı - Çempionlar Liqası
Çempionlar Liqasının V turunun növbəti oyunları keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər