reklam
Sportfm.az xəbər saytı

"Başakşehir" "Mançester Yunayted"i, "Barselona" "Dinamo"nu qəbul edir -Çempionlar Liqası


Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində III turun digər oyunları keçiriləcək.

Sportfm.az xəbər verir ki, ikinci oyun günündə 4 qrupda 8 qarşılaşma gerçəkləşəcək.

Azərbaycanın U-21 millisinin üzvü Emre Kaplanın çıxış etdiyi Türkiyənin "Başakşehir" klubu İstanbulda İngiltərənin "Mançester Yunayted" komandasını qəbul edəcək. H qrupunun digər matçında turnirin son finalçısı Fransa PSJ-si Almaniyada “Leyptsiq”in qonağı olacaq.

G qrupunun II turunda İtaliyada İspaniya "Barselona"sına 0:2 hesabı ilə uduzan "Yuventus" Macarıstanda “Ferenstvaroş”la üz-üzə gələcək. Kataloniya təmsilçisi isə evdə Ukraynanın "Dinamo" (Kiyev) komandasını sınağa çəkəcək.

Çempionlar Liqası, qrup mərhələsi

III tur

4 noyabr
E qrupu

00:00. “Sevilya” (İspaniya) – “Krasnodar” (Rusiya)
00:00. “Çelsi” (İngiltərə) – “Renn” (Fransa)

Xal durumu: “Çelsi” - 4, “Sevilya” - 4, “Krasnodar” - 1, “Renn” - 1

F qrupu
21:55. “Zenit” (Rusiya) – “Latsio” (İtaliya)
00:00. “Brügge” (Belçika) – “Borussiya” (Dortmund, Almaniya)

Xal durumu: “Latsio” - 4, “Brügge” - 4, “Borussiya” - 3, “Zenit” - 0

G qrupu
00:00. “Barselona” (İspaniya) – “Dinamo” (Kiyev, Ukrayna)
00:00. “Ferenstvaroş” (Macarıstan) – “Yuventus” (İtaliya)

Xal durumu: “Barselona” - 6, “Yuventus” - 3, “Dinamo” - 1, "Ferentsvaroş" - 1

H qrupu
21:55. “Başakşəhər” (Türkiyə) – “Mançester Yunayted” (İngilıtərə)
00:00. “Leyptsiq” (Almaniya) – PSJ (Fransa)

Xal durumu: “Mançester Yunayted” - 6, PSJ - 3, “Leyptsiq” - 3, “Başakşehir” - 0.

Oxşar xəbərlər

Qrup mərhələsində son tur- Çempionlar Liqası
ÇL-də qrup mərhələsinə start verilir - YENİLƏNİR
Avropa Liqasında 1/4 finala yüksələn komandalar müəyyənləşəcək - SİYAHI
"Çelsi" qələbə qazandı, "Arsenal" uduzdu - Avropa Liqası
Çempionlar Liqasında gecənin nəticələri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər