reklam
Sportfm.az xəbər saytı

"Avro-2020-nin yalnız bir ölkədə keçirilməsi də mümkündür" -Aleksander Çeferin


UEFA-nın prezidenti Aleksander Çeferin Avro-2020-yə ev sahibliyi edəcək şəhərlərin azaldılacağı haqda yayılan xəbərlərə münasibət bildirib.
Sportfm.az xəbər verir ki, sloveniyalı funksioner “Movistar+”ə açıqlamasında 2021-ci ilin yayına planlaşdırılan qitə çempionatında format dəyişikliyinin mümkün olduğunu deyib. O bildirib ki,  yarış hətta bir ölkədə də keçirilə bilər: “Vəziyyəti daim izləyirik. Nəzəri olaraq Avro-2020-ni 12, 11, 10, 3 və ya yalnız bir ölkədə də təşkil edilə bilər. Çempionatın yenidən təxirə salınma ehtimalı isə yoxdur".
Qeyd edək ki, Avropa çempionatının oyunları gələn il 11 iyun - 11 iyulda Avropanın 12 şəhərində, o cümlədən, Bakıda keçirilməlidir. Britaniya mətbuatı isə ev sahibliyinin Bakı, Sankt-Peterburq və Bilbaodan alınmaq ehtimalının olduğunu yazıb.

Oxşar xəbərlər

UEFA prezidentindən açıqlama - AVRO-2020 ilə bağlı
UEFA-dan Avro-2020 açıqlaması - "B planımız yoxdur"
AFFA-dan açıqlama - AVRO-2020 ilə bağlı
Bakı oyunları qəbul etmək hüququnu itirə bilər - Avropa Liqası
UEFA prezidenti Dağlıq Qarabağ münaqişəsindən danışdı - "Hadisələrin inkişafını izləməliyik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər