UEFA-dan Avro-2020 açıqlaması -"B planımız yoxdur"
UEFA-nın mətbuat xidməti Fransanın "Le Parisien" nəşrinin Avro-2020-nin yalnız Rusiyada keçirilə biləcəyi ilə bağlı yaydığı xəbərə münasibət bildirib.
Sportfm.az xəbər verir ki, qitə futbol qurumundan TASS-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda turnirin əsas planı ilə bağlı heç bir dəyişiklik yoxdur: "UEFA Avro 2020-ni əvvəlcə planlaşdırıldığı formatda keçirməyi planlaşdırır. Hazırda B planımız yoxdur. Vəziyyəti diqqətlə izləyirik və gözləyirik.
Lakin buna baxmayaraq, Avro 2020-nin 12 ölkədə deyil, 11, 8, 5 hətta 1 ölkədə keçirilmə ehtimalını istisna etmirik. Prezident Çeferin bu barədə əvvəllər də danışıb".
Qeyd edək ki, Avropa çempionatının oyunları gələn il 11 iyun - 11 iyulda Avropanın 12 şəhərində, o cümlədən, Bakıda keçirilməlidir.
Oxşar xəbərlər
"Avro-2020-nin yalnız bir ölkədə keçirilməsi də mümkündür" - Aleksander Çeferin
AFFA-dan açıqlama - AVRO-2020 ilə bağlı
Bakı oyunları qəbul etmək hüququnu itirə bilər - Avropa Liqası
UEFA prezidenti Dağlıq Qarabağ münaqişəsindən danışdı - "Hadisələrin inkişafını izləməliyik"
UEFA-dan Avro-2020 ilə bağlı vacib qərar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası