reklam
Sportfm.az xəbər saytı

"İlk oyunda qələbə qazanmağı çox istəyirdik" -Ayxan Abbasov


"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/4 final mərhələsində “Səbail"ə 0:1 hesabı ilə uduzduqları oyunu şərh edib.

Sportfm.az xəbər verir ki, o, matçla bağlı deyib:

“Azərbaycan Kubokunun 1/4 finalının ilk oyununda qələbə qazanmağı çox istəyirdik. Əsas məqsədlərimizdən biri də qapımızı toxunulmaz saxlamaq idi, təəssüf ki, bunu bacarmadıq. Birinci hissədə istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Fasilədən sonra daha yaxşı oynasaq da, qol imkanlarını boşa verdik. Hazırda ən böyük çatışmazlığımız da məhz qol imkanlarından yararlana bilməməkdir. Tez bir zamanda bu problemi aradan qaldırmağa çalışacağıq. Artıq bugünki oyunu unudub, cavab qarşılaşmasına hazırlaşacağıq. Turu keçən tərəf olmaq üçün əlimizdən gələni edəcəyik”.

Oxşar xəbərlər

"İstədiyimiz oyunu göstərə bilmədik" - Aftandil Hacıyev
Yığmamızın baş məşqçisi 4-cü məğlubiyyətə haqq qazandırmağa çalışdı - Dünya çempionatı
"Bu suala baş məşqçi cavab verə bilər" - "Neftçi"nin hücumçusu
"Baş məşqçinin olmaması təsirini göstərdi” - "Sumqayıt" məğlubiyyəti şərh etdi
"3:0 hesabı ilə qalib gələ bilərdik" - Canni De Byazi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər