reklam
Azərbaycanlı idmançı Macarıstan klubunda medal qazandı
Sportfm.az xəbər saytı

Azərbaycanlı idmançı Macarıstan klubunda medal qazandı


Azərbaycanlı gimnast Mina Abbasova növbəti dəfə beynəlxalq arenada Azərbaycanı uğurla təmsil edib.

Sportfm.az xəbər verir ki, 6 yaşlı Mina Budapeştdə keçirilmiş klublararası beynəlxalq turnirdə gümüş medal qazanıb. Cəmi 1 ildir ki, gimnastika ilə məşğul olan Mina bu uğura çıxış etdiyi Macarıstan klubu ilə nail olub. 

Xatırladaq ki, Abbasova əvvəllər də Macarıstan və digər ölkələrdə keçirilən beynəlxalq turnirlərdən medallarla qayıdıb. Onun tezliklə yığmamızın heyətində yer alacağı gözlənilir.

Qeyd edək ki, beynəlxalq yarışda qalib olan M.Abbasova Əməkdar incəsənət xadimi, rejissor Əliqismət Lalayevin nəvəsidir. Mina Abbasovanın anası yazıçı-jurnalist Əzizə Lalayeva isə ailə vəziyyəti ilə əlaqədar müvəqqəti olaraq Macarıstanın paytaxtı Budapeştdə yaşayır.

Səbuhi TOFİQOĞLU
Budapeşt - Bakı

Oxşar xəbərlər

Azərbaycanlı güləşçi bürünc medal qazandı
Azərbaycanlı qız Gürcüstan adına qızıl medal qazandı - FOTO
Para-atletimiz beynəlxalq turnirdə gümüş medal qazandı
İdmançılarımız Macarıstanda 5 medal qazandı
Tanınmış hücumçu azadlıqdan məhrum edildi - 4 il müddətinə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər