reklam
Tayson amerikalı boksçu ilə döyüşdən imtina etdi -
Sportfm.az xəbər saytı

Tayson amerikalı boksçu ilə döyüşdən imtina etdi -"Tam hazır vəziyyətdəyəm”


Dünya Boks Şurasının (WBC) ağır çəkidə çempionu britaniyalı Tayson Fyuri amerikalı Deontey Vaylder ilə üçüncü döyüşdən imtina edib.

Sportfm.az xəbər verir ki, T.Fyuri bu qərarı təşkilatçıların 2020-ci ildə döyüş tarixini təsdiqləyə bilməməsi səbəbindən verdiyini bildirib: “Dekabrın 19-da döyüşməyə razılaşdım. Sonra yenə də döyüşü təxirə salmağa çalışdılar. Məşq edirəm və tam hazır vəziyyətdəyəm”.

Boksçular əvvəlcə iyulun 18-də görüşməli idilər, lakin koronavirus pandemiyası səbəbindən döyüş dekabrın 19-na təxirə salınmışdı.

Xatırladaq ki, tərəflər arasında 2018-ci ilin dekabrında keçirilən ilk döyüşdə qalib müəyyənləşməyib. Bu il fevralın 22-də ikinci görüşdə isə T.Fyuri rəqibini nokautla məğlub edərək WBC (Dünya Boks Şurası) kəmərinə yiyələnib.

Oxşar xəbərlər

Yenə razılaşa bilmədilər! - döyüş baş tutmayacaq
Tayson və Deontey arasındakı döyüşün vaxtı dəyişdiriləcək Futbol matçı səbəbindən
Mayk Tayson döyüşməyə razılıq verdi - Xeyriyyə məqsədi ilə
Boksçular azarkeşlərin yumruqlaşmasını izlədi
Dünya çempionu Deontey Uaylder yeddinci dəfə titulunu qorudu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər