reklam
Azərbaycan - Kipr oyununun hakimləri açıqlandı
Sportfm.az xəbər saytı

Azərbaycan - Kipr oyununun hakimləri açıqlandı


UEFA Millətlər Liqasının IV turunda keçiriləcək Azərbaycan - Kipr matçının təyinatları müəyyənləşib. 

Sportfm.az xəbər verir ki, qarşılaşma Xorvatiyadan olan hakimlər briqadasına həvalə edilib. Referi Fran Yoviçə yan xətt hakimləri qismində İvitsa Modriç və Hrvoye Radiç köməklik göstərəcək. 

Dördüncü hakim funksiyasını İvan Vuçkoviç yerinə yetirəcək. Hakim-inspektor Çexiyadan Karel Vidlak, UEFA nümayəndəsi isə Sloveniyadan Devid Makdauell Zor olacaq. 

Qeyd edək ki, oktyabrın 13-da Albaniyadakı "Elbasan Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Azərbaycan yığması bu gün Monteneqronun, Kipr isə Lüksemburqun qonağı olacaq. 

Oxşar xəbərlər

Slovakiya – Azərbaycan matçının hakimləri - Millətlər Liqası
"Neftçi", "Zirə" və "Qəbələ"nin oyunlarının hakimləri - Konfrans Liqası
"Bazel" - "Qarabağ" oyununun hakimləri məlum oldu - Konfrans Liqası
Lüksemburq - Azərbaycan matçı almaniyalı hakimlərə həvalə edildi - Millətlər Liqası
Monteneqro - Azərbaycan oyunu ispaniyalı hakimlərə həvalə edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər