"Neftçi", "Zirə" və "Qəbələ"nin oyunlarının hakimləri -Konfrans Liqası
Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"nin “Aris”lə (Kipr), "Zirə"nin "Makkabi" ilə (Tel-Əviv, İsrail) və "Qəbələ"nin "Fehervar"la (Macarıstan) keçirəcəyi ilk matçlara hakim təyinatları açıqlanıb.
Sportfm.az xəbər verir ki, "Neftçi"nin Larnakadakı qarşılaşmasını Xorvatiyadan olan hakimlər briqadası idarə edəcəklər. Görüşün referisi İvan Bebek olacaq. Ona yan xətt hakimləri kimi Qoran Pataki və Luka Payiç köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Dario Bel yerinə yetirəcək.
"Qəbələ"nin Macarıstanda olacaq ilk oyununun referisi isveçli Kaspar Syöberqdir. Ona yan xətt hakimləri qismində Max Robin Vilde və Andreas Svensson köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Qranit Maqedonci icra edəcək.
"Zirə"nin "Makkabi" ilə ev İrlandiyaldan olan hakimlər brqiadası idarə edəcəklər. Referi Rob Hennessi olacaq. Ona yan xətt hakimləri Emmett Dynan və Dermot Broughto köməklik edəcək. Dördüncü hakim isə Oliver Morandır.
Qeyd edək ki, hər üç oyun iyulun 21-də keçiriləcək. "Aris" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 21:30-da, "Zirə" - "Makkabi" oyunu 20:00-da, "Fehervar" - "Qəbələ" görüşü isə 21:00-da start götürəcək.
Oxşar xəbərlər
"Qarabağ" - "Frayburq" oyununun hakimləri - Avropa Liqası
"Qarabağ" üçün isveçli referi - Təyinat
"Neftçi" və "Qəbələ"nin ev, "Zirə"nin səfər sınağı - YENİLƏNİR
"Neftçi"nin cavab oyununa hakimləri açıqlandı - Konfrans Liqası
Belçika – İtaliya matçının hakimləri - AVRO-2020
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası