3 komanda qrup mərhələsinə adladı -Çempionlar Liqası
Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.
Sportfm.az xəbər verir ki, ilk gün 3 oyun keçirilib. III təsnifat mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Molde” səfərdə Macarıstanın “Ferentsvaroş” klubu ilə heç-heçə edib - 0:0. Norveçdə keçirilən ilk oyun 3:3 hesablı bərabərliklə bitdiyi üçün Macarıstan təmsilçisi səfər qolları ilə qrup mərhələsinə yüksəlib.
Yunanıstanın “Olimpiakos” klubu Kipr təmsilçisi “Omoniya”nı, Kiyev “Dinamo”su isə Belçika “Gent”ini mübarizədən kənarlaşdırıb və qrup mərhələsinə adlayıb.
Pley-off mərhələsinin cavab oyunlarına sabah yekun vurulacaq.
Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları
29 sentyabr
"Omoniya" (Nikosiya, Kipr) – "Olimpiakos" (Yunanıstan) - 0:0
İlk oyun – 0:2
"Ferentsvaroş" (Macarıstan) – "Molde" (Norveç) - 0:0
İlk oyun – 3:3
"Dinamo" (Kiyev, Ukrayna) – "Gent" (Belçika) 3:0
İlk oyun – 2:1.
Oxşar xəbərlər
“Fənərbaxça” avstriyalılara aman vermədi - Avroliqa
Pley-off mərhələsinin cavab görüşləri - Çempionlar Liqası
Pley-offun ilk oyunlarına yekun vuruldu - Çempionlar Liqası
Pley-off cütləri müəyyənləşdi - Çempionlar Liqası
Bu gün 5 oyun keçiriləcək - Çempionlar Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qəbələ" - "Şamaxı" - START HEYƏTLƏR
-
Millimizin rəqibi Türkiyə oldu - Avropa çempionatı
-
"İmişli" "Şəfa"ya qalib gəldi - Premyer Liqa
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“Şamaxı” Qəbələ səfərində, “İmişli” “Şəfa”ya qarşı - Premyer Liqa
-
"Qarabağ" və "Qəbələ"dən qələbə - Sabahın ulduzları














Misli Premyer Liqası