reklam
Sportfm.az xəbər saytı

"Keşlə"yə qarşı 20-ci oyun


Bu həftə Azərbaycan Premyer Liqasında 4-cü turun oyunları keçiriləcək.
Sportfm.az xəbər verir ki, "Zirə” səfərdə "Keşlə” ilə qarşılaşacaq. "Qartallar” bu rəqiblə 20-ci dəfə üz-üzə gələcək. İndiyədək komandalar Premyer Liqa çərçivəsində 19 dəfə görüşüb. Hesabında 5 qələbə olan "qartallar” 8 dəfə meydanı 1 xalla tərk edib. Digər 6 matçda "Keşlə” qalib gəlib. Rəqib qapısından 20 top keçirən zirəlilər 22 qol buraxıb.
Bunadək 10 dəfə rəqibin qonağı olan "qartallar” səfərdə 2 qələbə və 3 heç-heçəyə imza atıb. Meydan sahibləri isə 5 dəfə üç xala sevinib. Top fərqi də rəqibin xeyrinədir – 13:7.
Sentyabrın 26-da "ASK Arena”da keçiriləcək "Keşlə” – "Zirə” matçı saat 20:15-də başlayacaq.

Oxşar xəbərlər

“Zirə” – “Neftçi”: 20-ci duel
“Zirə” - “Keşlə”: 21-ci oyun
"Zirə"nin “Sumqayıt”a qarşı 20-ci oyunu
"Zirə"nin "Keşlə" ilə 18-ci dueli
"Zirə"nin "Keşlə" ilə 17 dueli

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər