reklam
Səfərdə 70-ci, Qurbanovdan ilk
Sportfm.az xəbər saytı

Səfərdə 70-ci, Qurbanovdan ilk


Ruslan Qurbanov “Zirə”nin heyətində ilk qolunu vurub.

Sportfm.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının II turunun “Səbail”lə səfər oyununda fərqlənib. Penaltini dəqiq yerinə yetirən Qurbanov 2:1 hesablı qələbəyə töhfəsini verib. O, qol hesabını komandadakı 2-ci matçında açıb. Ruslan “Zirə”nin heyətində rəqib qapısına yol tapan 43-cü futbolçudur. Bunadək 42 oyunçu qol vurmağa müvəffəq olub.

Qurbanovun qolu həm də yubiley xarakteri daşıyıb. “Zirə” Azərbaycan Premyer Liqasında 70-ci səfər qoluna imza atıb. Bu, rəqib meydanındakı 72-ci görüşə təsadüf edib. Komanda 2018/19 mövsümündə 17, 2015/16 və 2017/18 mövsümlərində 15, 2016/17 mövsümündə 11, ötən çempionatda 11 dəfə rəqib meydanında qol vurubsa, cari turnirdə artıq 3 dəfə fərqlənib.

Qeyd edək ki, “Zirə” son 4 çempionat matçını qolsuz tərk etmir.

Oxşar xəbərlər

“Zirə”dən 250-ci qol
20-ci səfər qələbəsi
Qadze 15-ci qolunu vurdu
"Zirə"nin əlamətdar səfər oyunu
"Zirə"də ilk və rekord

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər