reklam
Dünya çempionunun etirafı:
Sportfm.az xəbər saytı

Dünya çempionunun etirafı:"Azərbaycan yığmasının heyətində çıxış etsəydim..."


Bədii gimnastika üzrə dünya çempionu, ukraynalı Anna Rizatdinova Azərbaycanla bağlı fikirlər səsləndirib. Sportfm.az Haqqin.az-a istinadən xəbər verir ki, Rio Olimpiadasının bürünc mükafatçısı ölkəsində idmançıların düşdüyü durumla bağlı açıqlama verib.
"Təbii ki, Ukraynada idmana daha çox diqqət ayrılsa, daha yaxşı olardı. Tez-tez digər ölkələrin idmançıları ilə söhbətləşirik. İdmançılarımız daim başqa ölkələrdən təkliflər alır. Məsələn, mən bilirəm ki, Azərbaycan yığmasının heyətində çıxış etsəydim hazırda həm şəhərdə, həm bağda evim və s. olardı. Ancaq mən heç vaxt ölkəmi tərk etmək haqqında düşünməmişəm".
Qeyd edək ki, hazırda bədii gimnastika yığma komandamızın heyətində ukraynalı Marina Durunda çıxış edir. Həmçinin, kiçikyaşlı gimnastlar Veronika Qudis və Yelizaveta Luzanda millimizin heyətində yer alır. 

Oxşar xəbərlər

Azərbaycanda 2024-cü ilin "İdman səfirləri" bilindi
Daha bir gimnast yığmamızı tərk etdiyini açıqladı - FOTO
Milliləşdirilmiş idmançı yığmamızı tərk etdi
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışları başladı
Marina Durunda bədii gimnastika üzrə Dünya Kubokunda iştirak etməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər