reklam
Sportfm.az xəbər saytı

"Neftçi" - "Qalatasaray" oyununun stadionu dəyişdirildi


"Neftçi" və Türkiyənin "Qalatasaray" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının II təsnifat mərhələsinin matçının stadionu dəyişdirilib. 

Sportfm.az xəbər verir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi "Bakcell Arena"da olmayacaq. Matç Bakı Olimpiya Stadionunda (BOS) baş tutacaq. 

Bununla bağlı hər iki klubun arasında razılıq əldə olunduqdan sonra UEFA-ya müraciət edilib. Avropanın ali futbol qurumu pandemiya dövründə BOS-un geniş infrastruktur imkanlarını nəzərə alaraq, oyunun həmin arenada keçirilməsinə razılıq verib.

Qeyd edək ki, sentyabrın 17-də keçiriləcək görüş saat 20:00-da start götürəcək.

Oxşar xəbərlər

“Neftçi”nin oyununun başlama vaxtı dəyişdirildi
"Neftçi” - "Qalatasaray” matçının mətbuat konfransının vaxtı bilindi
"Neftçi” - "Qalatasaray” matçının mətbuat konfransının vaxtı bilindi
Azərbaycan–San Marino futbol oyununun keçiriləcəyi stadion dəyişdirilib
Yağan qar "Neftçi"yə mane oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər