Güləşçilərimiz məşqlərə start verdi -Çimərlik güləşi
Yeniyetmələr, gənclər və böyüklərdən ibarət qadın güləşçilərimiz çimərlik güləşi üzrə məşqlərə start veriblər.
Sportfm.az xəbər verir ki, güləşin bu növü üzrə məşqlərin həftədə iki dəfə keçirilməsi nəzərdə tutulub. Çimərlik güləşi üzrə dünya çempionu Oyan Nəzəriani hazırlıq prosesində qadın güləşçiləri qaydalarla tanış edib. Daha sonra müxtəlif çəkilər üzrə sınaq xarakterli görüşlər keçirilib. Qarşılaşmalar maraqlı və gərgin idman mübarizəsi şəraitində keçib.
Azərbaycan Güləş Federasiyası çimərlik güləşinin inkişafı üçün müxtəlif addımlar atır. Bunlardan biri də payız, qış və yaz aylarında məşq edə bilmək üçün qapalı məkanın istifadəyə verilməsidir. Artıq Olimpiya Güləş Mərkəzinin ərazisində çimərlik güləşi üzrə zal tam hazır vəziyyətə gətirilib. Dünya Güləş Birliyinin tətbiq etdiyi standartlara uyğun olaraq hazırlanan və yüksək keyfiyyətli qumla təchiz olunmuş çimərlik güləşi zalı karantin başa çatdıqdan sonra güləşçilərin ixtiyarına veriləcək.
Oxşar xəbərlər
İranlı idmançının medalı Azərbaycanlı güləşçiyə verildi - Dopinqə görə
Dünya güləşinin taleyinə aydınlıq gəldi - Yeni qərarlar verildi
Muay-tay MDB Oyunlarının proqramına daxil edildi
Azərbaycan güləşçiləri Dünya Çimərlik Oyunlarında iştirak edir
Güləşçilərimiz Dünya Seriyası turnirində iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Şəfa”nın prezidenti Kopenhagendə - FOTO
-
"Sumqayıt"ın heyətində amerikalı oyunçu
-
“Neftçi” – “Turan Tovuz” oyununun vaxtı məlum oldu - Premyer Liqa
-
Belarus və Moldova heç-heçə etdi - Millətlər Liqası
-
"Xankəndi"nin yeni baş məşqçisi məlum oldu
-
“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı - Premyer Liqa













Misli Premyer Liqası