"Yüksək performans sərgiləmək isəyirəm" -Nikolas Hagen
"Səbail"in qvatemalalı qapıçısı Nikolas Hagen müsahibə verib.
Sportfm.az həmin müsahibəni təqdim edir:
- Artıq mövsümün sonuna 2 tur qalıb. "Səbail"in çıxışını necə dəyərləndirirsiniz?
- Hər oyun meydana qələbə üçün çıxırıq. Bu mövsüm enişli-yoxuşlu oldu. Bəzən istədiyimiz kimi, bəzən də uğursuz çıxış etdik. Buna rəğmən, komanda bir yerdə oldu. Futbolçular yaxşı mübarizə aparır. Turnir cədvəlində ilk sırada olmasaq da nəticəni pis hesab etmirəm.
- Öz çıxışınız haqda nə deyə bilərsiniz?
- Normal çıxış edirəm. Hər şey qaydasındadır. Yüksək performans sərgiləmək isəyirəm.
- Azərbaycan çempionatının durumu sizi qane edir?
- Əlbəttə, yaxşı çempionatın keçir. Zamanla Azərbaycan futbolu irəli gedəcək, intişar edəcək. Mənə gəldikdə isə buranı inkişaf etmək üçün əla yer hesab edirəm. Düşünürəm ki, karyeramda daha da irəli gedəcəyəm.
- Bakıda günləriniz necə keçir?
- Maraqlı insanlar görürəm, mədəniyyətinizi bəyənirəm. Komanda yoldaşlarımla münasibətim yaxşıdır. Düzdür, ev elə evdir, yəni ölkəmlə buranı müqayisə etmək istəmərəm. Amma bura da yaxşıdır, darıxmıram.
- Azərbaycan mətbəxi ilə aran necədir?
- Burada ən çox şaftalını bəyənirəm. Çox dadlı və xeyirlidir. Ümumiyyətlə bir çox yeməkləri bəyənirəm.
- Klubunu dəyişmək kimi bir planın var?
- Bu haqda hələlik heç bir şey deyə bilmərəm. Hələ "Səbail"in uğurları üçün çalışıram. Ən böyük istəyim çempionatı yaxşı performansla başa vurmağımdır. (Qol.az)
Oxşar xəbərlər
"Çempion olmasaq, bombardir olmağın heç bir mənası yoxdu" - Mahir Emreli
"Məni başa düşənlər də oldu, qınayanlar da" - Adil Nağıyev
"Azərbaycan mənim üçün çox yaxşı seçim olub” - Xulio Sezar Rodriqes
Hagen "Səbail"ə keçidindən danışdı - "Daha çox inkişaf edəcəm"
“Azərbaycanda insanların stadiona az gəlməsi qəribədir” – serb futbolçu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası