reklam
“Kəpəz”in adından istifadə edib, futbolçu dəvət ediblər
Sportfm.az xəbər saytı

“Kəpəz”in adından istifadə edib, futbolçu dəvət ediblər


Sportfm.az xəbər verir ki, Gəncə klubu bəyanat yayıb. Bəyanatda deyilir.
"Qış transfer pəncərəsinin açılmasına az müddətin qaldığı vaxtda "Kəpəz” PFK-nın adından sui istifadə halları yenidən aktuallaşıb. Belə ki, bu günlərdə Gəncə klubunun adından yararlanmaqla Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə müraciət olunaraq Kamerundan dəvət edilən futbolçulara vizaların açılması xahiş olunub. Saxta məktubda "Kəpəz” PFK-nın Müşahidə Şurasının sədri Elmir Vəliyev klubun prezidenti kimi təqdim olunub, kluba aidiyyatı olmayan möhür vurulub.
Bu cür halların baş verməsindən təəssüflənən "Kəpəz” PFK ictimaiyyətə bəyan edir ki, klubumuzun adından futbolçu transferi ilə bağlı hazırlanan belə müraciətlər həqiqəti əks etdirmir”.
Qeyd edək ki, mövsümün əvvəlində də belə hallar yaşanıb. 

Oxşar xəbərlər

"Kəpəz"in futbolçusuna Ukrayna klubundan dəvət göndərildi - FOTO
Elmir Vəliyev "Kəpəz"i tərk etdi
"Kəpəz"in azarkeşləri sevindirəcəyinə inam ifadə edildi - FOTO
"Neftçi" rəhbərliyindən daha bir absurd addım...Klub rəsmisi olmayan şəxsə məktub ünvanlandılar - FOTO
Mehman Allahverdiyev “Kəpəz”dən uzaqlaşdırıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər