reklam
Brilyant Liqa yarışında dünya rekordu -
Sportfm.az xəbər saytı

Brilyant Liqa yarışında dünya rekordu -21 330 metr 60 dəqiqəyə qət edildi


Britaniya yüngül atleti Mo Fara Brilyant Liqa yarışında saat qaçışı üzrə dünya rekorduna imza atıb.

Sportfm.az xəbər verir ki, bu barədə “The Strait Times” məlumat yayıb.

O, Brüsseldə Brilyant Liqasında 21 330 metri 60 dəqiqəyə qət edib.

Daha əvvəl bu nailiyyətə Efiopiyanın marafon qaçışı üzrə idmançısı Xayle Qebreselassie imza atıb. O, 27 iyun 2007-ci ildə rekord əldə edib.

Yüngül atlet Mo Fara orta və uzun distansiyalara qaçış idmanı üzrə məşhurdur. O, 5 və 10 min metr məsafələrə qaçış üzrə dördqat Olimpiya, altıqat dünya və beşqat Avropa çempionudur.

Oxşar xəbərlər

Brilyant Liqanın mərhələ yarışı təxirə salındı
Uqandalı atletdən yeni dünya rekordu - 5000 metr məsafə qət etdi
Quliyev 6-cı oldu, Kopello yarışmadı
Fransalı səyyah yeni dünya rekorduna imza atdı - Yer kürəsini 42 günə dolaşdı
Rio-2016: Yeni dünya rekordu qeydə alındı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər