"Çalışırıq ki, "Qarabağ" - "Molde" matçı Bakıda keçirilsin" -Elxan Məmmədov
"Püşkə əsasən, oyun Bakıda olmalıdır. Lakin müxtəlif ölkələrdə fərqli-fərqli qaydalar tətbiq olunur. Bunu nəzərə alaraq, əlavə danışıqlar aparılır".
Sportfm.az xəbər verir ki, bu fikirləri açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov "Qarabağ" və Norveçin "Molde" komandaları arasında keçiriləcək Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunu ətrafında yaranmış situasiyanı şərh edərkən deyib.
Milli assosiasiya rəsmisi oyunun Azərbaycan paytaxtında təşkili üçün Ağdam təmsilçisi ilə birgə çalışdıqlarını diqqətə çatdırıb: "AFFA, "Qarabağ" rəhbərliyi və nümayəndələri gün ərzində bir neçə dəfə UEFA, Norveç Futbol Federasiyası və "Molde" rəsmiləri ilə danışıqlar aparırlar. Hələ oyunun məkanı ilə bağlı qərar verilməyib. Çünki Norveçdə fərqli karantin rejimi tətbiq olunmaqdadır. Ümidvaram ki, tezliklə müvafiq qərar qəbul ediləcək".
Qeyd edək ki, "Molde" Azərbaycandan dönüşdə Norveçdə 10 günlük karantinlə üzləşəcəyini əsas gətirərək, "Qarabağ"la matçın neytral meydanda keçirilməsi xahişi ilə UEFA-ya müraciət ünvanlayıb. Avropa futbol qurumu hələlik oyunun konkret tarixi və məkanı ilə bağlı qərar qəbul etməyib. (Report)
Oxşar xəbərlər
UEFA Norveçə məktub göndərdi - "Qarabağ"ın matçına görə
"İrəli sürdüyümüz arqumentlərə cavab ala bilmirik" - "Qarabağ" rəsmisi
"Qarabağ" - "Molde" matçı afişadan çıxarıldı - Tərəflər razılığa gələ bilmir
"Rəqib meydanında oynamamaq böyük üstünlükdür" - "Molde"nin baş məşqçisi
"Biz haqlarımızı tələb edirik" - "Qarabağ" rəsmisi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR















Misli Premyer Liqası