"Rəqib meydanında oynamamaq böyük üstünlükdür" -"Molde"nin baş məşqçisi
"Oyunumuzun neytral meydanda təşkil ediləcəyinə ümidvaram. O halda biz bərabər şərtlər altında olacağıq".
Sportfm.az xəbər verir ki, bunu Norveç "Molde"sinin baş məşqçisi Erlinq Moe "Qarabağ"la keçirəcəkləri Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunu barədə danışarkən deyib.
50 yaşlı mütəxəssis neytral meydanda oynamalarının komandası üçün müsbət hal olacağını bildirib: "İstənilən halda, rəqib meydanında oynamamaq böyük üstünlükdür".
Qeyd edək ki, püşkə əsasən, "Qarabağ" - "Molde" matçı sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməlidir. Lakin "Molde" rəhbərliyi Norveçdə Şengen zonası ölkələrindən qayıtdıqdan sonra 10 günlük karantinə alınma qaydasının tətbiq olunacağını əsas gətirərək, matçın neytral ölkədə təşkilini təklif edib. "Qarabağ" klubu bununla razılaşmayıb. Yekun qərarı UEFA verəcək.
Oxşar xəbərlər
Norveç hökuməti müsbət cavab vermədi - "Qarabağ" - "Molde" matçı ilə bağlı
UEFA Norveçə məktub göndərdi - "Qarabağ"ın matçına görə
"Çalışırıq ki, "Qarabağ" - "Molde" matçı Bakıda keçirilsin" - Elxan Məmmədov
"Qarabağ" - "Molde" matçı afişadan çıxarıldı - Tərəflər razılığa gələ bilmir
"Biz haqlarımızı tələb edirik" - "Qarabağ" rəsmisi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR















Misli Premyer Liqası