"İrəli sürdüyümüz arqumentlərə cavab ala bilmirik" -"Qarabağ" rəsmisi
"Çalışırıq ki, matçın yeri dəyişməsin. Müxtəlif arqumentlər gətiririk ki, UEFA bizə yox, "Molde" tərəfə yönəlsin. Son qərarı UEFA verəcək. Hansı qərar olsa, həm biz, həm də qarşı tərəf hörmətlə yanaşmalı və onu icra etməlidir".
Bu fikirləri açıqlamasında "Qarabağ"ın baş meneceri Asif Əsgərov UEFA Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində Norveç "Molde"si ilə keçirəcəkləri matçın yerinin dəyişdirilmə ehtimalına münasibət bildirərkən deyib. Klub rəsmisi irəli sürdükləri arqumentlərə hələ cavab ala bilmədiklərini söyləyib. Əsgərov bu səbəbdən, UEFA-nın matçın yerini və vaxtını açıqlamadığını vurğulayıb.
Baş menecer ÇL-in III təsnifatındakı "Dinamo" (Kiyev, Ukrayna) - AZ (Alkmaar, Niderland) matçı ilə bağlı eyni halın yaşanmasından xəbərdar olduğunu diqqətə çatdırıb: "Avropanın bir çox ölkələri istisnalar edirlər. Məsələn, Macarıstan da digərləri kimi belə qərar çıxarıb, amma idmana güzəşt var. İsveç və Norveç isə karantinlə bağlı qərar verəndə istisna yazmır. Bu da hansı tədbirin keçirilməsindən aslı olmayaraq, bütün ölkə vətəndaşlarına şamil olunur. Azərbaycan UEFA-ya üzv olan 55 ölkədən biridir. UEFA da bilir ki, idman prinsipləri bərabər olmalıdır. "Mən Avropa Birliyi ölkələrinə gedə bilirəm, amma Azərbaycana gedə bilmirəm" məsələsi bir az açıqdır. Biz öz arqumentlərimizi UEFA qarşısında qabartmışıq, sonda qərarı onlar verəcək. Püşk atılan kimi, "Molde"dən məktub gəldi ki, harada oynayacağıq? Bu, çox rahat yoldur: Biz neytral meydanda oynamağa razılaşsaydıq, məsələ bağlanacaqdı. Amma razılaşmadığımızı deyərək, hiss etdirməyə çalışırıq ki, düzgün və ədalətli tərəf bizik".
Əsgərov əlavə edib ki, UEFA hələ hər iki tərəf üçün qanunla əsaslandıra biləcəyi qərarı tapa bilmir: "Bizə göndərsələr ki, neytral meydanda oynayacaqsınız, bunu əsaslandırmalıdırlar. Üzvü olduğumuz Avropa Klublar Assosiasiyası və digər qurumlar vasitəsilə haqqlarımızı tələb etməyə çalışırıq. Qısa demək istəyirəm ki, işlərimiz daha genişdir".
Qeyd edək ki, sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməli olan "Qarabağ" - "Molde" matçı saat 20:00-a təyin olunub. (Report)
Oxşar xəbərlər
"Qarabağ"dan açıqlama - UEFA-nın qərarı ilə bağlı
Norveç hökuməti müsbət cavab vermədi - "Qarabağ" - "Molde" matçı ilə bağlı
UEFA Norveçə məktub göndərdi - "Qarabağ"ın matçına görə
"Çalışırıq ki, "Qarabağ" - "Molde" matçı Bakıda keçirilsin" - Elxan Məmmədov
"Biz haqlarımızı tələb edirik" - "Qarabağ" rəsmisi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR















Misli Premyer Liqası