"Qarabağ" - "Molde" matçı afişadan çıxarıldı -Tərəflər razılığa gələ bilmir
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Molde" matçını afişadan çıxarıb.
Sportfm.az xəbər verir ki, tərəflər oyunun keçirilmə vaxtı və məkanı ilə bağlı hələ də razılığa gələ bilmir. "Qarabağ" püşkə uyğun olaraq, qarşılaşmanın Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsini istəyir.
Norveç klubu isə matçın neytral meydanda keçirilməsini arzulayır. Norveçdən Avropa Birliyi və Şengen zonasına səyahətlər sonrası karantin tətbiq olunmur.
Azərbaycan AB üzvü deyil və Şengen zonasına da daxil olmadığı üçün Bakıya səfər edəcək "Molde" dönüşdə koronavirus səbəbindən 10 günlük karantinə girməyə məcburdur.
Norveç klubu bunu əsas gətirərək qarşılaşmanın Macarıstanda keçirilməsini tələb edir.
"Qarabağ" - "Molde" oyunu sentyabrın 15-i və ya 16-da Bakıda keçirilməlidir.
Oxşar xəbərlər
Norveç hökuməti müsbət cavab vermədi - "Qarabağ" - "Molde" matçı ilə bağlı
UEFA Norveçə məktub göndərdi - "Qarabağ"ın matçına görə
"Çalışırıq ki, "Qarabağ" - "Molde" matçı Bakıda keçirilsin" - Elxan Məmmədov
"Rəqib meydanında oynamamaq böyük üstünlükdür" - "Molde"nin baş məşqçisi
"Biz haqlarımızı tələb edirik" - "Qarabağ" rəsmisi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR















Misli Premyer Liqası