Azərbaycan daha bir ilkə imza atacaq
Azərbaycan ilk dəfə olaraq kişi idman gimnastikası üzrə Avropa çempionatına ev sahibliyi edəcək.
Sportfm.az xəbər verir ki, Avropanın ən güclü idmançılarının gərgin idman mübarizəsinin gözlənildiyi sayca 34-cü qitə birinciliyi mayın 27-31-də Milli Gimnastika Arenasında təşkil olunacaq.
Yarış iştirakçılarının ilkin siyahısı fevralın, adların qeyd olunacağı yekun siyahı isə aprelin sonunda dərc ediləcək.
Həm böyüklər, həm də gənclərin çıxış edəcəyi çempionat “Tokio 2020” Yay Olimpiya Oyunlarına hələ vəsiqə qazanmamış bəzi böyük gimnastlar üçün son dəfə lisenziya əldə etmək şansı verəcək. Belə ki, çoxnövçülükdə çıxış edən və eyni zamanda Olimpiya lisenziyasını qazanma haqqı olan, Avropa çempionatı çərçivəsində təsnifat yarışlarında ən yüksək xalı toplamış 2 gimnast “Tokio 2020”yə vəsiqə əldə edəcək.
Qeyd edək ki, gənc gimnastlar üçün yaş həddi 14-18, böyük idmançılar üçün isə minimum yaş həddi 18 olmalıdır.
Avropa Gimnastika İttifaqının Texniki Qaydalarına əsasən bu il təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa çempionatında böyük gimnastlar komandalar arasında və ayrı-ayrı alətlər üzrə finallarda çıxış edəcəklər. Gənc gimnastlar isə çoxnövçülük, ayrı-ayrı alətlər üzrə finallarda yarışacaq və təsnifat mərhələsinin nəticələrinə əsasən komanda hesabında qaliblər müəyyənləşəcək.
Oxşar xəbərlər
Gimnastlar Bakıda mübarizə aparacaqlar - Lisenziyalar uğrunda
Gimnastlar Bakıda mübarizə aparacaq - Lisenziyalar uğrunda
Azərbaycan ilk dəfə - Avropa çempionatına ev sahibliyi edəcək
Bakıda bədii gimnastika üzrə Avropa çempionatı start götürəcək
Bakı dünya çempionatına ev sahibliyi edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası