reklam
İkiqat Paralimpiya çempionu İlham Zəkiyev haqqında sənədli film -
Sportfm.az xəbər saytı

İkiqat Paralimpiya çempionu İlham Zəkiyev haqqında sənədli film -“Qaranlığın rəngləri”


Əməkdar idman ustası, ikiqat Paralimpiya və dünya çempionu, Qarabağ müharibəsi veteranı İlham Zəkiyev haqqında sənədli film çəkilib.

Sportfm.az xəbər verir ki, film Azərbaycan Televiziyasının Bədii və Sənədli Filmlər Studiyası tərəfindən ərsəyə gətirilib. Qarabağ müharibəsində sağlamlığını itirmiş idmançının həyat yolundan bəhs edən “Qaranlığın rəngləri” filmi həm də dünya işığından məhrum olmuş insanın daxili iradəsinin gücünü əks etdirir. Filmin süjet xətti qəhrəmanın daxili monoloqu üzərində qurulub.

Filmin rejissoru Rövşən Nicat, prodüseri Xalq artisti Ramiz Həsənoğludur. “Qaranlığın rəngləri” filmi Rövşən Nicat ilə Fikrət Adıgözəllinin birgə ssenarisi əsasında çəkilib.

Sənədli film avqustun 29-da saat 22:00-da İdman Azərbaycan kanalında yayımlanacaq.

Oxşar xəbərlər

“Qarabağ”la bağlı sənədli film hazırlanacaq
Elnur Əşrəfoğluna həsr olunan film təqdim edildi - VİDEO
Azərbaycan boksçusu ilə bağlı sənədli film - Təqdimat
Köçkün həyatı yaşayan idmançımız haqqında film çəkildi - VİDEO
Məşhur rejissor futbolçu haqqında sənədli film çəkəcək - Almaniyada

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər