reklam
Sportfm.az xəbər saytı

" İrəlidə daha yaxşı "Neftçi" görəcəksiniz" -Füzuli Məmmədov


"Uzun müddətdən sonra futbola qayıtdıq, bu, bizi sevindirir. Futbolçular meydanda əzmkarlıq göstərdilər. Yaxşı komandaya qarşı çıxış etdik. Rəqibin baş məşqçisinin işi görünürdü". 

Sportfm.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın I turunda evdə "Səbail"i 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib. 

43 yaşlı mütəxəssis bildirib ki, birinci matçlar həmişə çətin olur: "Uzun müddətdir rəsmi oyun keçirmirdik. Səhvlər olurdu, bu normaldır. İrəlidə daha yaxşı "Neftçi" görəcəksiniz. Hücumçu transferimiz alınmaq üzrədir. O, növbəti həftədən bizimlə olacaq". 

Baş məşqçi ot örtüyünün istənilən səviyyədə olmamasına da münasibət bildirib: "Bununla bağlı rəhbərliyə fikirlərimizi bildirdik, gələn həftədən hər şey qaydasında olacaq. Səbəbini mütəxəssislər daha yaxşı bilirlər".

Oxşar xəbərlər

"Oyunçularım düşündüyümdən daha yaxşı oynadılar" - Qurban Qurbanov
"Qalib gəlsəydik, daha yaxşı olardı" - Sənan Qurbanov
"Bütün Azərbaycanın diqqəti cəbhədədir" - Füzuli Məmmədov
"Deyiləsi çox söz yoxdur" - Füzuli Məmmədov
"Neftçi"nin təhlükəli futbolçuları var" - Aftandil Hacıyev

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər