reklam
Sportfm.az xəbər saytı

"Səhv etmədən qələbə qazandıq" -Yunis Hüseynov


"Bu komandaya 5-6 gündür təyin olunmuşam. İşlərimin çoxluğu üzündən jurnalistlərə cavab verə bilmədim. Ona görə üzr istəyirəm".

Sportfm.az xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Yunis Hüseynov səfərdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının I tur matçından sonra mətbuat konfransında deyib.

55 yaşlı mütəxəssis bildirib ki, bu, çox vacib oyun idi: "Qələbə qazanaraq, Avropa Liqası matçına yüksək əhval ruhiyyədə çıxmaq istəyirdik. Futbolçularıma təşəkkür edir, rəqibə uğurlar arzulayıram. Düzgün oynayan komanda qalib gəlir, səhv edən komanda uduzacaqdı. Biz səhv etmədən qələbə qazandıq".

Hüseynov klub rəhbərliyinin onun qarşısında yaxşı oyun məqsədi qoyduğunu deyib: "Yaxşı oyun olanda yaxşı nəticə də gəlir. Rəhbərlik də yaxşı oyun istəyib".

Bəyəndiyi 2 oyunçunun olduğunu bildirən baş məşqçi onları Avropa Liqası matçınadək gətirməyə çalışacağını əlavə edib.

Oxşar xəbərlər

“Layiqli qələbə qazandıq” - Sənan Qurbanov
"Bizi gərgin oyunlar gözləyir" - Rəşad Sadıqov
"Qol epizodlarından istifadə edə bilmədik" - Yunis Hüseynov
"Deyiləsi çox söz yoxdur" - Füzuli Məmmədov
"Rəqibə uyğun heyət quracağıq" - Yunis Hüseynov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər